İlham Əliyev: Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var

Yenilik.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı deyib: “Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var”.