Prezident bu qanuna dəyişiklik etdi

Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək.
Qanuna əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Nazirlər Kabineti daşınmaz abidələrin pasportlaşdırılması qaydalarını və pasportun nümunəvi formasını iki ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verəcək.