Rəsmi Bakıdan Rusiyada azərbaycanlılara hücumlarla bağlı - Bəyanat

"Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində onlarla azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüblər.