Ərdoğan sabah Xankəndiyə gələcək

Ərdoğan sabah Xankəndiyə gələcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında iştirak etmək üçün iyulun 4-də Xankəndiyə gələcək.

Yenilik.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun bildirib.

O bildirib ki, “Davamlı və İqlimə Dayanıqlı Gələcək üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Yeni Baxışı” mövzusu ilə keçiriləcək zirvə toplantısında əsas olaraq iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və Təşkilatın islahatı kimi məsələlər üzrə üzv ölkələr arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq.

“Ərdoğan zirvə iclasında çıxış edəcək və liderlərlə görüşlər keçirəcək. Zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti də daxil olmaqla müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək”.

Geri qayıt