VƏTƏNDAŞLAR ÜÇÜN PULSUZ HÜQUQİ YARDIM HƏFTƏLİYİ KEÇİRİLİR

VƏTƏNDAŞLAR ÜÇÜN PULSUZ HÜQUQİ YARDIM HƏFTƏLİYİ KEÇİRİLİR Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 30 iyul 2020-ci il tarixli qərarı ilə Qurban bayramı və "30 iyul - Azərbaycan vəkilliyinin təşkili" günü münasibətilə 03.08.2020-07.08.2020 tarixləri arasında Respublika üzrə bütün vəkil qurumları tərəfindən aztəminatlı əhaliyə pulsuz hüquqi xidmətlər (şifahi və yazılı formada) göstərilməsi üzrə kampaniya keçirilir.

Ölkəmizdə karantin rejiminin tətbiqini nəzərə alaraq məhdudiyyət tətbiq olunan regionlarda pulsuz hüquqi yaradım xidmətləri vəkil qurumları tərəfindən distant, digər regionlarda isə birbaşa göstəriləcəkdir.

Hüquqi yardım üçün müraciət etmək istəyən şəxslər qurumlarla aşağıdakı əlaqə vasitələr ilə əlaqə saxlaya bilərlər:

https://barassociation.az/communities
Geri qayıt