Polad Həşimovun adı Həzi Aslanov küçəsinə verilməyib - AÇIQLAMA

Polad Həşimovun adı Həzi Aslanov küçəsinə verilməyib - AÇIQLAMA “Qəbələdə şəhid general-mayor Polad Həşimovun ikinci ən böyük küçəsinə adının verilməsi bir sıra KİV-lərdə yanlış işıqlandırılıb”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov deyib.
O, bildirib ki, bir sıra KİV-lər məlumat yayıb ki, küçənin əvvəlki adı Həzi Aslanov olub: “Bu səhv məlumatdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küşəsinin bir hissəsinə verilib. Səhvə yol verən KİV-lərdən məlumatı düzəltməyi xahiş edirəm”.

Geri qayıt