İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edir
Danimarkanın paytaxtı Kopenhagen şəhərində Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilir.Danimarkanın Baş naziri Mette Frederiksen Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşıladı.
