Ərdoğan Azərbaycana gəldi - FOTO

Ərdoğan Azərbaycana gəldi - FOTO Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gələcək.

Türkiyə lideri Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşündə iştirak edəcək.

Ərdoğanın səfər çərçivəsində ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

***

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 7-də Azərbaycana səfərə gəlib.

Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Ərdoğan Azərbaycana gəldi - FOTO
Ərdoğan Azərbaycana gəldi - FOTO
Ərdoğan Azərbaycana gəldi - FOTO


Geri qayıt