Hikmət Hacıyev: Azərbaycan Avropa ilə enerji və rəqəmsal sahədə strateji tərəfdaşdır

Hikmət Hacıyev: Azərbaycan Avropa ilə enerji və rəqəmsal sahədə strateji tərəfdaşdır Azərbaycan Avropa ilə enerji və rəqəmsal sahədə strateji tərəfdaşdır.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsselə səfəri çərçivəsində "EU Today"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2024-cü ildə Avropa İttifaqı (Aİ) Cənub Qaz Dəhlizi vasitəsilə təxminən 11,7 milyard kubmetr Azərbaycan qazı idxal edib ki, bu da 2021-ci ildəki 8 milyard kubmetrdən çoxdur:
"2022-ci il sazişi infrastruktur və müqavilələr imkan verərsə, həcmin 2027-ci ilə qədər ən azı 16 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. O əlavə edib ki, SOCAR hazırda 12 ölkəyə, o cümlədən 8 Aİ üzv ölkəsinə qaz təmin edir".
H. Hacıyev Trans-Adriatik Boru Kəmərinin (TAP) və əlaqədar infrastrukturun daha da genişləndirilməsinin Avropa tərəfinin həqiqi maraq və uzunmüddətli müqavilə öhdəlikləri olduğu təqdirdə mümkün olacağını vurğulayıb.

Geri qayıt