Saleh Məmmədov işdən çıxarıldı - YENİ TƏYİNAT
Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Prezidentin digər Sərəncamı ilə Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, S.Məmmədov həmin vəzifəyə 2017-ci il dekabrın 21-də təyin olunmuşdu.
