Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi
Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib.Qeyd edək ki, R.İsmayılov bu təyinatadək ekologiya və təbii sərvətlər nazirinin I müavini vəzifəsində çalışırdı.
Məlumat üçün bildirək ki, eks-nazir Muxtar Babayev ötən il fevralın 5-də vəzifəsindən azad edilərək Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub. Həmin vəzifə bu günə qədər boş idi.
