Tramp: İranın başında Xamenei kimi birini görmək istəmirəm
ABŞ Prezidenti Donald Tramp İranın keçmiş ali rəhbəri Əli Xameneiyə bənzər birinin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün Tehranda yeni hökumətin formalaşmasında iştirak etmək istəyir.“İrandan istəyəcəyim şeylərdən biri də yeni lider seçmək üçün onlarla işləmək imkanıdır. Bütün bunları sadəcə başqa bir Xamenei ilə qarşılaşmamaq üçün etmək istəyirəm. Seçimdə iştirak etmək istəyirəm. Onlar seçim edə bilərlər, amma biz əmin olmalıyıq ki, o, ABŞ üçün ağlabatan insan olacaq”, - Tramp vurğulayıb.
