“Qarşılıqlı səfərlər normal mühitin bərqərarına töhfə verir”
“O vaxtdan (Ağ Evdə Birgə Bəyannamənin imzalanması - red.) bəri bir çox irəliləyiş olub. Ticarət edilir, xüsusilə də Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunmağa başlayıb”.Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin olduğunu diqqətə çatdıran dövlət başçısı bunun normal mühitin bərqərar edilməsinə töhfə verdiyini vurğulayıb.
