Vladimir Putin İlham Əliyevə təşəkkür etdi
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya ilə strateji tərəfdaşlıq və qarşılıqlı fəaliyyət haqqında sənədlərin konkret məzmunla zənginləşdirilməsi istiqamətində böyük səylər göstərir.Putin vurğulayıb ki, Rusiya İrana humanitar yüklərin çatdırılması zamanı göstərilən dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdardır.
"Biz Prezident İlham Əliyevə İrana humanitar yardım göndərilməsində bizə göstərdiyi köməyə görə çox minnətdarıq. Qeyd etməliyəm ki, Azərbaycan tərəfi bu istiqamətdə çox operativ və effektiv fəaliyyət göstərib, bütün müraciətlərimizə dərhal reaksiya verib. Bu da vəziyyətin yumşaldılması baxımından olduqca mühüm rol oynayıb", - deyə Putin qeyd edib.
