Prezident səfiri geri çağırdı - Sərəncam
Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev Hüseyn Quliyevi 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdi.
H.Quliyev 2012-ci ildən bəri ölkəmizin Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib. İyunun 23-ü onun 80 yaşı tamam olub.
