Prezident 3 fərman imzaladı
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.13-cü, 447-1.1-ci və 447-1.2-ci (hər iki halda) maddələrinin dispozisiyasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 192.13-cü və 447-1.2-ci (birinci halda) maddələrinin dispozisiyasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 447-1.1-ci maddəsinin dispozisiyasında “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur;
1.4. həmin Məcəllənin 447-1.2-ci maddəsinin dispozisiyasında ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 7, maddə 649, № 8, maddələr 746, 754, № 9, maddə 820, № 11, maddə 1018; 2026, № 1, maddələr 36, 41, № 2, maddələr 117, 123, № 3, maddələr 221, 223, 226, № 4, maddə 306; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 may tarixli 660 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4-cü hissə üzrə:
3.1.1. 4.1-ci bəndə “192.3,” rəqəmlərindən sonra “192.13,” rəqəmləri, “445-1.4,” rəqəmlərindən sonra “447-1.1, 447-1.2 (hər iki halda),” sözləri əlavə edilsin;
3.1.2. 4.3-1-ci bəndə “162-1.1-ci,” sözlərindən sonra “192.13-cü,” sözləri, “445-1.4-cü,” sözlərindən sonra “447-1.2-ci (birinci halda),” sözləri əlavə edilsin;
3.1.3. 4.26-1-ci bənd 4.26-2-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 4.26-1-ci bənd əlavə edilsin:
“4.26-1. həmin Məcəllənin 447-1.1-ci maddəsinin dispozisiyasında “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur;”;
3.1.4. 4.33-cü bəndə “429.0.2-ci” sözlərindən sonra “, 447-1.2-ci (ikinci halda)” sözləri əlavə edilsin;
3.2. 5-ci hissə üzrə:
3.2.1. 5.4-cü bəndə “192.11-ci,” sözlərindən sonra “192.13-cü, 192.14-cü,” sözləri əlavə edilsin;
3.2.2. 5.11-ci bənddə “253-1.4” rəqəmləri “253-1.5” rəqəmləri ilə əvəz edilsin;
3.2.3. 5.15-ci bənddə “və 411-2-ci” sözləri “, 411-2-ci, 447-1.1-ci və 447-1.3-cü” sözləri ilə əvəz edilsin;
3.2.4. 5.47-ci bənddə “, 439-1, 439-2” rəqəmləri “– 439-3” rəqəmləri ilə əvəz edilsin;
3.2.5. 5.58-1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.58-1. həmin Məcəllənin 429.0.2 – 429.0.4-cü, 447-1.2-ci, 477-1.1.7-ci və 602-1-ci (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən törədilən inzibati xətalar istisna olmaqla) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır;”;
3.2.6. 5.70-1-ci bənd ləğv edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (l kitab), maddələr 1294, 1295, (ll kitab), maddə 1378; 2025, № 2, maddə 127, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 8, maddə 746, № 9, maddə 820; 2026, № 1, maddə 41, № 2, maddə 117, № 3, maddələr 223, 226; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 may tarixli 660 nömrəli və 19 iyun tarixli 686 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 15.0-cı bəndində “, 439-1, 439-2” rəqəmləri “– 439-3” rəqəmləri ilə əvəz edilsin.
5. Bu Fərmanın 3.2.4-cü yarımbəndi və 4-cü hissəsi “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 412-VIIQ nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 428-VIIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Fərmanın mətni ilə BURADAN tanış ola bilərsiniz.
***
Prezident İlham Əliyev 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikasında 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçirilsin.
2. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etsin;
3.2. əhalinin siyahıyaalınması ilə bağlı zəruri məlumatların inzibati mənbələrdən əldə edilməsi üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında və sistemlərində olan müvafiq məlumatların Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyasının təmin edilməsi ilə bağlı tədbirlər görsün;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
