Şuşada bunu etmək qadağan edildi - FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi təsdiqləyib.Prezident İlham Əliyevin qanunun tətbiqi barədə imzaladığı Fərmanla “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə edilən dəyişikliklə Qoruğa müvafiq ərazidə yerləşən dövlət tərəfindən qorunan mədəni sərvətlərin, o cümlədən abidələrin başqa yerə köçürülməsinə, tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına razılıq vermək səlahiyyəti də verilib.
