32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi
Prezident İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub.Sonra Prezident İlham Əliyev hər iki kəndə qayıdan sakinlərlə görüşüb.
Görüşdə Prezidentdə 32 il əvvəl Ulu Öndərlə çəkdirilmiş şəkil göstərilib.
Kişi sakin: Cənab Prezident, Allah Sizdən çox razı olsun. Ulu Öndərimizin siyasətini davam etdirdiniz. Yağı düşmənlərdən torpağımızı azad etdiniz. Allah Sizə cansağlığı versin, ailənizi qorusun, Sizi bizim üzərimizdən əskik etməsin.
Prezident İlham Əliyev: Çox sağ olun.
Kişi sakin: O vaxt Ulu Öndərlə bizim şəklimiz var. Bu, mənəm. Bu da Əliyev. 1994-cü ilin aprel ayında bizimlə birbaşa səngərdə görüşdü, tövsiyələrini verdi. Bütün əsgərlərdə, şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdı.
Prezident İlham Əliyev: Bəli, bəli. Bu Beyləqan istiqamətidir?
Sakin: Ağdam istiqamətidir.
Prezident İlham Əliyev: 1994-cü il.
Sakin: Ulu Öndərimiz gəlib-qayıdandan sonra biz bir neçə kilometr irəlilədik.
Prezident İlham Əliyev: Tarixi şəkildir.

