Azərbaycan Prezidenti: Afrika qitəsində sülhün bərqərar olmasını arzulayırıq
Azərbaycan Afrika qitəsində sülhün bərqərar olmasını arzulayır.Prezident bildirib ki, Afrikadakı münaqişələrdə xarici müdaxilə halları mövcuddur:
"Xarici müdaxilə olmadıqda sülh daha tez bərqərar olur. Bu, həm də həmin həssas aktorların məsuliyyətindən qaynaqlanır. Bizim Afrika İttifaqının üzvləri ilə əlaqələrimiz genişlənir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə 80 üzv ölkəyə humanitar yardım göndərilib. Onların böyük bir hissəsi Afrika ölkələri idi".
