"Haber Global"ın Şuşadakı forumdan reportajı - VİDEO
IV Şuşa Qlobal Media Forumu öz işinə başlayıb.Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının reportajında məlumat verilib.

Telekanal forumda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı fikirlərinə geniş yer verib:
"Türkiyə və Azərbaycan dünyanın ən yaxın iki ölkəsidir. Bu, xalqlarımız və dövlətlərimiz üçün böyük bir qazancdır. Biz birlikdə daha güclüyük. Biz təkcə qardaş və dost deyil, həm də müttəfiqik. Türkiyə-Azərbaycan münasibətləri qonşu ölkələr üçün örnək olmalıdır".

