Prezident jurnalisti görüb avtomobildən düşdü - Video
IV Şuşa Qlobal Media forumunun ilk günü səmimi anlarla yadda qalıb. Dövlət başçısı jurnalistlə səmimi şəkildə görüşüb və onunla hal-əhval tutub.
Qeyd edək ki, “Euronews”un müxbiri Ceyn Vizerspun ötən il Xankəndidə baş tutan III Şuşa Qlobal Media Forumunda moderatorluq edib. Daha əvvəl isə o, dəfələrlə Prezident İlham Əliyevdən müsahibələr götürüb.


