Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Şəkərli diabetdən qurtaran əməliyyat – “Baku Medical Plaza”da

Şəkərli diabetdən qurtaran əməliyyat – “Baku Medical Plaza”da

Şəkərli diabetdən qurtaran əməliyyat – “Baku Medical Plaza”da
2021-09-28 , 15:44

Azərbaycanda Hollandiyadan gələn qadın üzərində unikal əməliyyat həyata keçirilib.

“Baku Medical Plaza”da yeni texnologiya və üsulla mədəkiçiltmə əməliyyatı reallaşdırılıb. İlk baxışdan adi əməliyyat kimi səslənsə də, bu əməliyyatın unikallığı odur ki, xəstə həm də uzun illər əziyyət çəkdiyi şəkərli diabet xəstəliyindən azad olub. Belə ki, klinikanın Babək filialının Bariatrik və Estetik Cərrahı Prof. Dr. Mojtaba Hashemzadeh tərəfindən icra olunan əməliyyat dünyanın barmaqla sayılacaq ölkəsində həyata keçirilir. “ABŞ, İsrail kimi ölkələrlə yanaşı, Azərbaycanda da reallaşdırılmasına başlanılan bu əməliyyat SASI bypass üsulu ilə mədəkiçiltmə əməliyyatıdır. Əməliyyat xəstəni həm artıq çəkidən, həm də şəkərli diabet xəstəliyindən qurtarır. Bu üsulla növbəti əməliyyatı Hollandiyadan gələn xanım pasiyentimiz üzərində etdik, yüksək nəticə aldıq. Piylənmə, artıq çəki və şəkərli diabetdən əziyyət çəkən xəstələrimiz əməliyyat üçün müraciət edə bilərlər”.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.