Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Azərbaycanda piylənmədən əziyyət çəkənlərin sayı get-gedə artır-Dietoloq

Azərbaycanda piylənmədən əziyyət çəkənlərin sayı get-gedə artır-Dietoloq

Azərbaycanda piylənmədən əziyyət çəkənlərin sayı get-gedə artır-Dietoloq
2021-12-13 , 16:27

Həkim dietoloq  Nərminə Mahmudova Saqlamheyat.az-a açıqlamasında artıq çəkidən xilas olmaq istəyənlərə öz məsləhətlərini verib:

“Hər gün onlarla artıq çəkidən əziyyət çəkən, kökəlmək istəyən insanlardan kömək istəyi, məsləhət almaq üçün məktublar alıram.
Arıqlama – mürəkkəb kompleksli prosesdir. Onun üç mərhələsi mövcuddur: orqanizmin sağlamlaşdırılması, artıq çəkidən qurtulma və nəticələrin təyin edilməsi.
Piylənmə müasir dövrdə ən qlobal hadisələrdən biridir. Azərbaycanda da piylənmədən əziyyət çəkənlərin sayı get-gedə artır və onlar arasında gənclər çoxluq təşkil edir. Artıq çəki insanı olduğundan daha yaşlı göstərir. Normal halda çəki ilə boy bir-birini tamamlamalıdır. Mən də işini sevən bir mütəxəssis kimi Azərbaycanda piylənmədən əziyyət çəkənlərə kömək etməyə çalışıram.
Artıq çəki əldə etmək asandır, amma ondan xilas olmaq çox çətindir, ona görə də sizi nəinki yağlı və qızardılmış yeməklərdən imtina etməyə çağırıram, həm də pəhriz tərtib edib, kombinasiya və düzgün hazırlamağı öyrədirəm.
Mən ac qalmağı məsləhət görmürəm! Şirniyyatı və mayonez və sousları pəhrizdən tamamilə xaric etmirəm! Axı, yalnız həzz verən qidalar və orqanizm üçün lazım olan nisbətdə zülallar-yağlar-karbohidratlar sağlam sayıla bilər!
Bir qidalanma mütəxəssisi yalnız kaloriləri hesablamağa deyil, həm də onları düzgün paylamağa kömək edir.
Bütün bunlarla yanaşı mən yaşayış bölgəsinin xüsusiyyətlərini də nəzərə alıram. Bəzi bölgələrdə yod, bəzilərində dəmir azdır, amma bəzi ərazilərdə əksinə artıq olur. Mən bunu müəyyən məhsul dəsti ilə kompensasiya etməyi təklif edirəm.
Artıq çəkinin təhlükəsi ilk növbədə insanın fiziki sağlamlığını pozmasına bağlıdır. Müxtəlif xəstəliklərin təxribatçısına çevrilir. Ona görə çəkimizin 60-dan yuxarı olması artıq təhlükənin yaxınlaşdığından xəbər verir.
Mənim vəzifəm genetik analizin nəticələrini və xəstənin fiziologiyasının xüsusiyyətlərini qiymətləndirmək, həmçinin qidanın molekulyar tərkibini öyrənməkdir. İnsanın necə və nə yediyini təhlil edir, cinsi, yaşı və sağlamlıq vəziyyətindən asılı olaraq pəhriz seçirəm.
İnsan həyatı həkim üçün önəmlidir. Mənim uğurum qəbuluma gələnlərin üzlərini güldürmək, istədikləri formaya salmaqdır.”
Dietoloq Nərminə Mahmudova ilə əlaqə:
Ünvan: Səbail ray.,Ak.Ə.Yaqubov küç.19
Referans Bayıl filialı
Telefon: (+994) 51 571 88 82

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.