Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » İnsanın ən birinci qidası nədir? – Sovet kosmonavtlarının həkiminin yazısı

İnsanın ən birinci qidası nədir? – Sovet kosmonavtlarının həkiminin yazısı

İnsanın ən birinci qidası nədir? – Sovet kosmonavtlarının həkiminin yazısı
2021-12-27 , 15:09

Professor İvan Neumıvakin uzunömürlüyün birinci sirrinin suyun qida kimi qəbul edilməsində görür. O, hesab edir ki, insan yeməkdən çox nə qədər su içdiyinə fikir verməlidir.

Sovet kosmonavtlarının həkimi Neumovakinin “Su birinci qidadır” yazısı:
“Hüceyrələr hər gün çimməli və qidalanmalıdır. Bunun üçün onlara su çatdırmaq lazımdır. Məqsəd orqanizmi daxildən şlak, toksinlərdən yumaq, maye balansl yaratmaq, elektrolitləri artırmaqdır. İnsan yayda 2 litr, qışda 1 litr yarım su içməlidir.
Yaxşı olar ki, içdiyiniz suyun pH səviyyəsi 7,4-ə bərabər olsun. Su çiy, filtrdən keçirilmiş, buzlanıb əridilmiş ola bilər.
Bunlara əməl edən insan heç vaxt xəstələnmir, orqanizmini qoruyur. Satılan butul sularına zəmanət yoxdur, çünki onların pH səviyyəsini heç kim ölçmür. Suyu acqarına və yeməkdən 1 saat öncə 1-2 stəkan içilməlidir.
Bədəndə su çatmayanda qan qatılaşır, ürəyə qanı qovmağa gücü çatmır. Bu zaman ilk olaraq baş beyin zərər görür. Qan dövranı pozulur, baş ağrısı, spazm, diqqət, yaddaş pozğunluğu yaranır. Yemək zamanı hər hansı su, maye içmək olmaz, mədə şirəsinin tərkibi pozulur.
Ət xörəyi yedikdən sonra, 2 saat sonra su içmək olar. Çay, qəhvə, qazlı sular orqanizmi qurudur, sümükləri əridir. Bir az limon sıxılmış və bal qatılmış su turşu-qələvi mühitini balanslaşdırır”.//medicina.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.