Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » İnsan üçün faydasız olan çörək növü: "Ölü qidadır"

İnsan üçün faydasız olan çörək növü: "Ölü qidadır"

İnsan üçün faydasız olan çörək növü:
2022-04-15 , 18:32

Marketdə alıcılara müxtəlif növdə çörəklər təqdim olunur. Ucuzdu deyə çoxu ağ undan çörəyi alır. Bəzən təndirdə bişmiş çörəyin daha təbii olduğunu düşünürük. Lakin aldığımız çörəklərin 80%-i orqanizm üçün zərərlidir, faydasızdır.



Bakupost xəbər verir ki, idmançıların həkimi İrina Pikareva ən faydasız çörəyi açıqlayıb.



Dietoloq bildirib ki, rafinə olunmuş, yəni ağ undan olan çörək orqanizm üçün heç bir halda uyğun deyil, çünki buğda dəfələrlə təmizlənir, ondan olan vitamin, minerallar yoxa çıxır.


"Ağ un ölü qidadır. Eləcə də şəkər, maya qatılmış çörəkdən uzaq durun.


Tam taxıldan, kobud üyüdülmüş, kəpəkli undan, mayasız və ya təbii qabardıcı ilə bişmiş çörək yemək lazımdır. Rafinə olunmamış qarğıdalı unu da yaxşıdır.


Düzdür, bu un və çörəklər bahadır. Amma orqanizmi enerji, vitamin, xüsusən B qrupu vitaminləri ilə təmin etmək üçün bu çörək lazımdır.
Əgər yoxdursa, siz ağ undan çörək yeməyə məcbur deyilsiz.


Çörəyi səhər 1-2 dilim, günorta salatla yemək olar. Digər karbohidratlı xörəklərlə, kartofla çörək yemək olmaz".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.