Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Operativ Qərargah məlumat yaydı

Operativ Qərargah məlumat yaydı

Operativ Qərargah məlumat yaydı
2022-05-07 , 17:12

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenilik.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 849 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib. 60 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2841, bu günə qədər isə ümumilikdə 6 832 323 test icra olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.