Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Çində koronaviruslu xəstələrin müalicəsində xalq təbabəti də tətbiq edilib - Bu iki bitki effektivdir

Çində koronaviruslu xəstələrin müalicəsində xalq təbabəti də tətbiq edilib - Bu iki bitki effektivdir

Çində koronaviruslu xəstələrin müalicəsində xalq təbabəti də tətbiq edilib - Bu iki bitki effektivdir
2020-03-09 , 19:05

BBC--nin verdiyi məlumata görə, koronaviruslu xəstələrdə tibbi müalicə ilə yanaşı, Çin təbabətinin ənənəvi üsulları da tıətbiq olunub.


Çin Elm və Texnologiya Nazirliyi koronavirusa yoluxan 60 mindən çox insana ənənəvi təbabət vasitələrinin təyin olunduğunu bildirir.

Misal üçün, Hançjou xəstəxanasına ağır vəziyyətdə çatdırılan 88 yaşlı qadını məhz qarışıq üsulla müalicə etmək mümkün olub.

Hançjou Yoluxucu Xəstəliklər Xəstəxanasında Xalq Təbabəti şöbəsinin müdiri Yu Dzənhua xəstələrə iki ənənəvi vasitənin yazıldığını bildirir - biri bəlğəmə görə, digəri isə iltihaba qarşı təyin olunur.

Bu dərman iynəyarpaq və biyan kökü də daxil olmaqla müalicəvi bitkilər əsasında hazırlanır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.