Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Dünya Səhiyyə Şəbəkəsi meymunçiçəyini pandemiya elan edib

Dünya Səhiyyə Şəbəkəsi meymunçiçəyini pandemiya elan edib

Dünya Səhiyyə Şəbəkəsi meymunçiçəyini pandemiya elan edib
2022-06-23 , 17:17

Dünya Səhiyyə Şəbəkəsi meymunçiçəyini pandemiya elan edib.

Yenilik.az xəbər verir ki, bu barədə təşkilatın saytında yayımlanmış press-relizdə bildirilib.Qeyd olunub ki, xəstəlik artıq 58 ölkəyə yayılıb və ümumilikdə 3 417 yoluxma halı təsdiqlənib. Əlavə olunub ki, müxtəlif qitələrdə yoluxanların sayı hər həftə daha da artır və ölkələr xəstəliklə mübarizə məqsədilə qlobal əməkdaşlıq etmədiyi təqdirdə virus yayılmağa davam edəcək.
Press-relizdə meymunçiçəyi virusunun çiçək xəstəliyindən daha az ölüm nisbətinə malik olduğu, lakin yayılmanın qarşısının alınması üçün müvafiq praktiki tədbirlər görülmədiyi təqdirdə milyonlarla insanın ölümünə, kor və ya əlil qalmasına səbəb ola biləcəyi qeyd olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.