Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Xatirədən intihar edən qazi ilə bağlı paylaşım

Xatirədən intihar edən qazi ilə bağlı paylaşım

Xatirədən intihar edən qazi ilə bağlı paylaşım
2022-07-14 , 17:27

Müğənni Xatirə İslam intihar edən qazi ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi Elvin Cəfərovun videosunu yayımlayaraq bunları əlavə edib:
"Can... Qardaş, Allah sənə rəhmət eləsin. Mənim təyyarə biletləri ilə bağlı dediyim sözü daha çox paylaşdılar, nəinki vətən uğrunda canından keçən səni. Biz beləyik, aramızda şou-biznesə meyilli insanlar daha çoxdur. Allah bu dünyaya kömək olsun, biz hara gedirik belə? Olan sənə, ailənə, balalarına oldu... Yenə də hər şey unudulacaq... Heyif bu oğullardan, çox heyif".
Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 35 yaşlı qazi dünyasını dəyişib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.