Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » İsti hava koronavirusu öldürəcəkmi? - “Buna çox arxalanmamaq lazımdır"

İsti hava koronavirusu öldürəcəkmi? - “Buna çox arxalanmamaq lazımdır"

İsti hava koronavirusu öldürəcəkmi? - “Buna çox arxalanmamaq lazımdır"
2020-03-15 , 15:29

Şimal yarımkürəsində artıq bahar yaxınlaşır. Qış keçdikcə bəziləri COVID-19 pandemiyasının da qışla birlikdə keçəcəyini gözləyir.


Prezident Donald Tramp ötən ay pandemiyanın aprel ayında, temperaturun istilənməyə başladığı vaxt başa çatacağını proqnozlaşdırmışdı.

Bəziləri isə spekulyasiya edir ki, tropik ərazilərdə koronavirusa yoluxma hallarının aşağı olmasına istilik və rütubət səbəb olub.

Bu mümkündür.

Lakin Corc Vaşinqton Universitetinin arboviroloqu Kristofer Mores deyir ki, “Buna çox arxalanmamaq lazımdır”.

Mülayim hava şəraiti olan ölkələrdə zökəm və qrip mövsümi xəstəliklərdir. COVID-19 virusu qrip kimi bir tənəffüs xəstəliyidir və zökəmə səbəb olan koronaviruslara çox yaxındır.

Bir qrup alim bu koronavirusların davranışlarına əsaslararaq COVID-19-un Şimal yarımkürəsində baharın gəlişi ilə azalacağını təxmin edir.

Ancaq bu o demək deyil ki, virus öləcək. Onların modelləri xəstəliyin növbəti qış yenidən üzə çıxacağını göstərir.

İsti, rütubətli bölgələr

Alimlər zökəm və qriplərin nə üçün mövsümi olduqlarını bilmilər, lakin bunun bir mümkün izahı odur ki, viruslar adətən qışda olduğu kimi hava quru ikən daha rahat yayılır.

Lakin bir qrup digər tədqiqatçıların sözlərinə görə, rütubət COVID-19 virusuna təsir göstərmir. Onlar virusun Çinin soyuq, quru şimalından tutmuş isti, rütubətli cənubuna kimi bir çox regionunda yayıldığını aşkar edib.

Bundan əlavə havanın isti və rütubətli olduğu Sinqapurda da yoluxma halları artır.

İstilik və rütubət qripin də qarşısını tam almır. Bəzi araşdırmalar yoluxmaların ekvatora yaxın bölgələrdə azaldığını göstərir, amma orada qrip hələ də insanların xəstəxanalara yerləşdirimələrinin və ölmələrinin əsas səbəblərindən biri olaraq qalır. 2009-cu ildə yayılan H1N1 qrip pandemiyası zamanı tropik Meksika, Hindistan, Banqladeş, Myanma, İndoneziya və Qvametala ən çox ölüm hallarının olduğu ölkələr arasında idi.Virus məktəbləri

Qripin Şimal yarımkürəsində yayda azalmasının səbəbi təkcə isti hava deyil. Bunda məktəblərin də böyük rolu var.

Harvard Universitetinin Yoluxucu Xəstəliklərin Dinamikası Mərkəzinin direktoru Mark Lipsitç deyir ki, tədris ilində qrip, su çiçəyi, qızılca və digər tənəffüs xəstəliklərinə yoluxma halları artır. Lakin yay tətilində yoluxma halları azalır.

Hazırda virusun qarşısını almaq məqsədilə bir çox yerlərdə dərslər təxirə salınır. Amma bunun nə qədər təsir edib-etməyəcəyi hələ ki, bəlli deyil.

Uşaqların COVID-19-un ağır formalarına yoluxma riski az olsa da, onlar virusu daşıya bilərlər. Onların bu epidemiyada nə dərəcədə böyük rol oynadıqları bilinmir.

Lipsitç deyir ki, COVID-19 pandemiyasının yaxında bitməyəcəyinin başqa bir səbəbi odur ki, “yeni virusların qısa müddətli amma mühüm üstünlükləri olur - əhalidə çox az sayda insan və ya heç kəs onlara qarşı immun olmur."

Bu isə o deməkdir ki, əgər hətta hava şəraiti onlar üçün əlverişli olmasa, onların qarşısını alan heç nə olmayacaq.

Lakin əgər virusun yoluxma sürəti yayda azalsa belə, payızda və ehtimal var ki, hətta növbəti payızda yoluxmalar artacaq. Lipsitçin həm-müəllifi olduğu araşdırmaya əsasən, COVID-19-a yoluxan və sağalan pasientlərin xəstəliyə qarşı immunitetlərin nə qədər davam edəcəyindən asılı olaraq COVID-19 tez-tez üzə çıxa bilər.

Bu isə onu göstərir ki, vaksin və müalicələrin inkişaf etdirilməsi çox mühümdür.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.