Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Koronavirus ağciyərləri necə dəyişir?

Koronavirus ağciyərləri necə dəyişir?

Koronavirus ağciyərləri necə dəyişir?
2020-03-15 , 17:19

Koronavirus insan ağciyərlərində nə kimi dəyişikliklərə səbəb ola bilər


Koronavirusdan dünyasını dəyişən 44 yaşlı çinli bir kişinin rentgen görüntüləri xəstəliyin insanın ağciyərlərində hansı dəyişikliklərə səbəb olduğunu göstərir.

Koronavirusdan ölən 44 yaşlı çinlinin rentgen görüntüləri və kompyuter tomoqrafiyası yayımlanıb. Burada xəstəliyin insanların ağciyərlərində nə kimi dəyişikliklərə səbəb olduğu açıq şəkildə görünür.

Önümüzdəki görüntülər virusun ən təhlükəli ağırlaşması olan pnevmoniyanın təsviridir. Nəticələrə əsasən ağciyərlərdə ağ ləkələr görünür ki, bu da rentgenoloqların "buzlu şüşə" tipi şəklində subpleural sıxılma ocaqları adlandırdıqları əlamətlərdir. Koronavirus qurbanlarında həkimlər tərəfindən təyin olunan anomaliyalar atipik pnevmoniyaya və Orta Şərq tənəffüs sindromunda tapılanlarla oxşardır.

Bu, Uhandakı dəniz məhsulları bazarında işləyən koronavirusdan ölən bir insanın döş qəfəsi rentgenidir. Epidemiya məhz oradan başlanıb. Onlar anomaliyaları açıq şəkildə nümayiş etdirirlər. Bu təsvirlər Şimali Amerika Radioloji Birliyi tərəfindən təqdim olunub. Onlar bir insanın ağciyərlərindəki mayenin zamanla necə daha aydın göründüyünü göstərirlər. Xəstə, iki həftə davam edən qızdırma və öskürək şikayətlərindən sonra ötən il dekabrın 25-də xəstəxanaya yerləşdirilib. Ona sətəlcəm və kəskin tənəffüs çatışmazlığı sindromu diaqnozu qoyulub.

Həkimlərin ona lazım olan bütün yardımları göstərmələrinə baxmayaraq, bir həftə sonra dünyasını dəyişib.

Uhan şəhərinə səfər etdikdən sonra koronavirusa tutulan 54 yaşlı qadının rentgen görüntüləri də ağciyər boşluğunun qismən doldurulduğunu göstərir. Qadına bir həftə davam edən qızdırma, öskürək, halsızlıq və döş qəfəsi durğunluqdan sonra virusun səbəb olduğu ağır pnevmoniya diaqnozu qoyulub. Xəstə oksigen və antibiotiklərlə müalicə olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.