Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Qanı necə durultmaq olar? - TƏBİİ ÜSULLAR

Qanı necə durultmaq olar? - TƏBİİ ÜSULLAR

Qanı necə durultmaq olar? - TƏBİİ ÜSULLAR
2022-07-31 , 20:19

Qanın qatılaşması xüsusilə yaşlı insanlarda çox təhlükəli haldır. Qan laxtalanması damarlarda trombların əmələ gəlməsinə səbəb olur.

Tromb damarın mənfəzini bağlaya bilər ki, bu da infarkt, insult və digər ağır pozulmaların inkişafına gətirib çıxara bilər. Qanı durulaşdırmaq üçün həkimlər xüsusi dərman preparatlarını təyin edir. Lakin bunu dərmansız da etmək mümkündür.
1. Hər gün 1-1,5 l adi su için. Səhəri 1 stəkan ilıq su ilə başlayın. Bu həm qanı duruldur, həm mübadilə proseslərini sürətləndirir, həm də bağırsaqları işlədir.
2. Fiziki aktivliyinizi artırın.
3. Duz, qəhvə və spirtli içkilərinin qəbulunu azaldın.
4. Hirudoterapiya (zəli ilə müalicə) qanı çox yaxşı duruldur. Zəli qana xüsusi bioloji-aktiv maddələri ifraz edir ki, bu maddələr qanı duruldur. Lakin bu üsul hamıya uyğun gəlmir. Hirudoterapiyanı tətbiq etdikdən əvvəl qan analizini vermək lazımdır. Məsələn, qanda hemoqlobin aşağıdırsa, hirudoterapiya istifadə olunmur.
5. Sarımsaq, şüyüd, kərəviz, cəfəri qanı duruldan effektiv vasitələrdir.
6. Siqaret çəkməkdən imtina edin.
7. Şəkər və şirniyyatların qəbulunu minimuma endirin.
8. Həyatınızda stressin səviyyəsini azaldın. Stress qanı qatılaşdıran əsas faktorlardan biridir.
azinform.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.