Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » COVID-19-a yoluxan ana körpəyə süd verə bilər?

COVID-19-a yoluxan ana körpəyə süd verə bilər?

COVID-19-a yoluxan ana körpəyə süd verə bilər?
2022-08-03 , 07:09

“COVID-19-a yoluxan analar körpəyə süd verə bilər”.

Yenilik.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.
Onun sözlərinə görə, aparılan elmi tədqiqatlar onu göstərir ki, virus ana südü ilə uşağa keçmir:
“Buna görə yoluxmadan sonra da ana körpəsini öz südü ilə qidalandıra bilər”.
Ekspert qeyd edib ki, bu zaman diqqət edilməli məqamlar var:
“Süd verən zaman ana maska taxmalı, əl təmizliyinə riayət etməlidir. Uşağı qidalandırdıqdan sonra virusa yoluxmuş ana iki metr uzaqda olmalıdır. Südü butulka ilə uşağa yedirən zaman da butulka təmizlənməlidir. Çünki ana südünün faydası virusun körpəyə ötürülməsi riskindən daha üstündür”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.