Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Alman həkimdən koronavirus məsləhətləri - Bu 5 qaydaya əməl etsəz...

Alman həkimdən koronavirus məsləhətləri - Bu 5 qaydaya əməl etsəz...

Alman həkimdən koronavirus məsləhətləri - Bu 5 qaydaya əməl etsəz...
2020-03-16 , 20:17

Əllərin, ağız, burun boşluğunun gigiyenası, karantin rejimində olmaq və zəif immuniteti möhkəmləndirməkdən əlavə olaraq xüsusi 5 qayda var ki, koronavirusla mübarizədə mütləq əməl etməlisiz.


Medicina.az xəbər verir ki, alman həkim Mixael Feld bild portalına xüsusi effektiv məsləhətlərini verib. Onları təqdim edirik.


1. Fiziki aktiv olun.

Açıq, təmiz havada gəzib, idman edin, qaçın, velosiped sürün, iş görün. Uzanmaq, passivləşmək olmaz. Çünki fiziki hərəkət qanın ağciyərlərdə dövranını artırır. Bu da koronavirusun ağciyərlərdə kök salıb yayılmasına mane olur.


2. D vitaminini yoxladın, azdırsa mütləq D3 vitamini qəbul edin.

İmmun sistem qış aylarında məhz bu vitaminə ciddi tələbat duyur. Ən azı 4-6 həftə D vitamini qəbul etməlidir.

3. Yatın.

Hər gün ən azı, ən azı 8-9 saatlıq tam yuxu almalısız. İmmunitet yalnız insan yuxuda ikən bərpa olur.

4. Bogazınızı qarqara edin.

Hər gün xlorgeksidin məhlulu ilə boğazınızı 3 dəfə qarqara edib yaxalayın. Qıcıqlanan kimi gözləməyin, dərhal bunu edin

5. Yaxşı, bol kalorili yeyin.

Gündə ən azı 150 qr təzə ətdən yemək qəbul etməlisiz. Ətin yanında mütləq tərəvəz olmalıdır. İmmunitet yaxşı qida olmasa zəifləyir

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.