Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Koronavirusa görə "Semaşko"ya yerləşdirilən 46 nəfərdən XƏBƏR VAR

Koronavirusa görə "Semaşko"ya yerləşdirilən 46 nəfərdən XƏBƏR VAR

Koronavirusa görə "Semaşko"ya yerləşdirilən 46 nəfərdən XƏBƏR VAR
2020-03-17 , 13:14

Bu vaxta qədər 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) koronavirus şübhəsi ilə yerləşdirilən Azərbaycan vətəndaşlarının heç birində virus aşkar edilməyib.


Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, hazırda 9 nəfər stasionar karantin şəraitində saxlanılır:

"Koronavirus xəstəliyi yayılandan bu vaxta qədər mərkəzə 46 nəfər Azərbaycan vətəndaşı gətirilib. Onlardan heç birində koronavirus aşkar edilmədiyi üçün 37-si evə buraxılıb, 9 nəfər isə karantindədir".

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.