Yenilik.Az
www.YENILIK.Az » Sağlamlıq » Koronavirusa qarşı gənclərin də immuniteti yoxdur

Koronavirusa qarşı gənclərin də immuniteti yoxdur

Koronavirusa qarşı gənclərin də immuniteti yoxdur
2020-03-21 , 20:33

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlığında bildirir ki, gənclər koronavirusa qarşı immunitetə ​​malik deyillər və virusu yaşlılara ötürməmək üçün ünsiyyət qurmaqdan çəkinməlidirlər.

Bu barədə bəyanatla ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus çıxış edib. Onun sözlərinə görə, gənclərin seçimi "başqaları üçün həyat və ölüm arasında fərq" təşkil edə bilər.

Dünya boyunca 250 min insan koronavirusa yoluxub. Covid-19-dan ölənlərin sayı 11 mini keçib. Gənclərin koronavirus təhlükəsinə laqeyd qalması nəticəsində virusun daha həssas qruplara ötürülməsi barədə məlumatar yayılır. ÜST-ün bəyanatı məhz belə xəbərlərlə əlaqəlidir.

Koronavirusun ilk halı ötən ilin dekabr ayında Çində qeydə alınıb. Ancaq indi pandemiyanın yeni mərkəzi Avropadır. Digər ölkələrlə müqayisədə ən çox ölüm halları İtaliyada qeydə alınıb. Cümə günü burada 627 nəfər ölüb və bununla da ölüm hallarının ümumi sayı 4032-ə çatıb.

Yaşlı insanların ən həssas qrup olmasına baxmayaraq, gənclər üçün də koronavirusdan qurtuluş yoxdur, Tedros Adhanom Ghebreyesus deyib: “Xəstələnməsən də, getdiyin yeri seçmək başqası üçün həyat və ölüm məsələsi ola bilər. "Tədqiqatlara əsasən, virusa yoluxma halları bütün yaş qruplarında qeydə alınsa da, o, yaşlı və xəstə insanlar üçün daha təhlükəlidir.

Tedros Adanom Qebreyesus

İtaliyada Covid-19-dan ölənlərin orta yaşı 78,5-dır. New York Times qəzetinin yazdığına görə, Çində 50 yaşdan aşağı olan qrupda ölüm halları 1 faizi keçməyib, 80 yaşdan yuxarı olanlar arasında isə, bu faiz təqribən 15-ə çatır. "Reuters" xəbər verir ki, ÜST koronavirusun ötürülməsinin qarşısını almaq üçün "sosial məsafə" əvəzinə "fiziki məsafəni" saxlamağı tövsiyə edir.

"İnsanların bir-biriylə ünsiyyətdə olmasını istəyirik", - ÜST təşkilatının epidemioloqu dr. Maria Kerkhove deyib."Beləliklə, internet və sosial media vasitəsi ilə əlaqədə qalmağın yollarını tapın, çünki pandemiyadan keçərkən ruhi sağlamlıq fiziki sağlamlığınız qədər mühümdür".

Koronavirusa görə bir çox ölkədə həyat dayanıb, insanlar evlərinə qapanıblar, şəhərlər kabus halına gəlib. Bəs, bu böhran nə vaxt bitəcək, insanlar nə vaxt normal həyatlarına dönə biləcəklər?

İngiltərənin Baş naziri Boris Conson 12 həftə ərzində vəziyyətin yaxşılaşacağına və “koronavirusu yola sala biləcəklərinə” inandığını deyib. Ancaq qarşıdakı 3 ayda yoluxma halları azalmağa başlasa belə, bu, böhranın bitməsi demək olmayacaq. Koronavirusun yaratdığı dalğanın sakitləşməsinə bəlkə də illər lazım gələcək.

Gündəlik həyatın bir çox sahələrində tətbiq edilən məhdudiyyətlər uzun müddət davam edə bilməz, bunun sosial və iqtisadi fəsadları çox ağır olar.

“Heç bir ölkənin vəziyyətdən çıxış strategiyası yoxdur”

Bütün ölkələrin vəziyyətdən çıxış strategiyasına ehtiyacı var, həyatı normal məcrasına qaytarmaq lazımdır. Ancaq koronavirus yox olmayacaq və onun yayılmasına qarşı məhdudiyyətlər aradan qaldırılanda yoluxma sayları artacaq. Edinburq Universitetinin infeksion epidemiyalar üzrə eksperti professor Mark Woolhouse deyir ki, “Çıxış yolu strategiyalarıyla bağlı böyük problemlərimiz var. Nəinki Britaniyanın, heç bir ölkənin belə strategiyası yoxdur”.

Böhrandan çıxmağın üç əsas yolu var

peyvənd;

müəyyən sayda insanın koronavirusa qarşı immunitet qazanması;

cəmiyyətin/davranışların mütəmadi olaraq dəyişməsi.

Bunların hər biri virusun yayılma imkanlarını məhdudlaşdıracaq.

Peyvənd 12-18 ay sonra hazır olacaq

Peyvənd insanların immunitetini gücləndirəcək, virusa yoluxan insanların ölməsinə imkan verməyəcək. Hesab olunur ki, əhalinin 60 faizinin bu virusa qarşı immunitet qazanması epidemiya riskini aradan qaldıracaq. Buna “sürü immuniteti deyilir”.

ABŞ-da insanlar üzərində ilk peyvənd təcrübəsi ötən həftə baş tutub. Prosesi sürətləndirmək üçün ilk növbədə heyvanlar üzərində eksperiment aparmaq qaydasına əməl edilməyib. Peyvəndlə bağlı araşdırmalar böyük sürətlə irəliləyir. Ancaq onların uğurla nəticələnəcəyinə və dünya miqyasında peyvəndləmənin başlayacağına hələ ki, zəmanət yoxdur.

Ən optimist proqnozlara görə, koronavirusa qarşı peyvənd 12-18 ay ərzində kütləvi istifadəyə verilə biləcək. İndi tətbiq edilən son dərəcə kəskin sosial məhdudiyyətləri nəzərə alsaq, bunun çox uzun müddət olduğunu deyə bilərik.

Karantini pozan şəxslərlə bağlı göstəriş verildi

“Peyvəndi gözləmək strategiya deyil” - professor Woolhouse BBC-yə açıqıamasında belə deyib.

İngiltərənin qısa müddətli strategiyası yoluxma sayının mümkün qədər az olmasına çalışmaq və xəstəxanalara təzyiqi azaltmaqdır. Çünki reanimasiyalarda yataq yerlərinin çatışmaması ölüm hallarının artması demək olacaq,

Yoluxmaların sayı azalanda (yenidən artana qədər) bəzi məhdudiyyətləri aradan qaldırmaq olar. Ancaq yoluxmalar yenidən artmağa başlayarsa, məhdudiyyətləri bərpa etmək lazım gələcək.

Toplumun immunitet qazanması 2 ildən çox çəkə bilər

İngiltərə hökumətinin elm məsələləri üzrə məsləhətçisi Patrick Vallance yeni artmaların nə zaman baş verəcəyini və bununla bağlı təqvim hazırlamağın mümkünsüz olduğunu deyib.

Bu, sürü ümmuniteti məsələsini aktuallaşdıran daha bir məqamdır. İmperial College London-un əməkdaşı professor Neil Ferguson belə vəziyyətin yaranmasına bir neçə il vaxt lazım gələ biləcəyini deyib: “Yoluxma saylarını toplumun ancaq kiçik bir hissəsinin xəstə olduğu səviyyəyə gətirmək lazımdır. 2,5 il belə davam edərsə, yoluxma faktları artıq müəyyən kəsimdə immunitetin olduğu cəmiyyətlərdə baş verəcək”. (virtualaz.org)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.