Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » "Bu lampalar orqanizm üçün çox təhlükəlidir" - Oftalmoloqdan XƏBƏRDARLIQ

"Bu lampalar orqanizm üçün çox təhlükəlidir" - Oftalmoloqdan XƏBƏRDARLIQ

"Bu lampalar orqanizm üçün çox təhlükəlidir" - Oftalmoloqdan XƏBƏRDARLIQ
2022-10-28 , 16:14

İnsanların bir çoxu enerjiyə qənaət məqsədiylə led, diod lampalardan  istifadəyə üstünlük verirlər. Lakin araşdırmalar göstərir ki, ətrafa ağ, mavi işıq saçan bu lampalar insan orqanizmi üçün olduqca təhlükəlidir. Belə ki, bu lampaların yaydığı "B" və "C" şüaları üz dərisi və gözlər üçün zərərlidir. 

Məsələ ilə bağlı Gundem.az-a danışan oftalmoloq Aynurə Əliyeva mütəmadi ağ və mavi işığın təsirinə məruz qalan insanların görmə qabiliyyətinin zəiflədiyinin müşahidə olunduğunu deyib. Mütəxəssis bu səbəblə , lampaların məkana uyğun seçilməsinin zəruri olduğunu qeyd edib:

“Düzgün lampanın seçilməsi istifadə olunacaq məkan və zamandan asılıdır. Məsələn, qapalı, gün işığı düşməyən ofislərdə gündüz lampaları adlanan işqlardan istifadə etmək məqsədə uyğundur. Hazırda  ekonomik baxımdan istifadə olunan led, diod lapmalar işıq kütləsinin soyuq çalarları rənginə uygun gəlir. Bu tip lampalar ofisdə işçilərin iş qabiliyyətinə təsir edir. Gözdə yorğunluq, gərginlik yaradır. Bu səbəbdən ofislərdə "süni gün işığı" adlanan lampalardan istifadə məsləhətdir. Göy rəngli işıq saçan  elektron monitorlu cihazlar (telefon, planşet, kompüter) gözlərə mənfi təsir göstərir, azyaşlı uşaqlara hətta məhdudiyyət qoyulur.
Xarici ölkələrdə aparılan araşdırmaların nəticələrinə əsasən, bu tip cihazların yaşa bağlı makula degenerasiyasının (sarı ləkə ) inkişafına  səbəb olma ehtimalı var”.
 
Müsahibimiz bildirir ki, bu lampalar daha çox  azyaşlılara təsir göstərir. Valideynlər ən azından uşağın yatdığı otaqda adi, sarı işıq yayan lapmalardan istifadə etməlidirlər.
 
 “Bundan başqa göy işığın orqanizmə mənfi təsiri nəticəsində yuxu pozuntusu yaranır. Buna göre də yuxudan ən az 1 saat öncə  telefon və ya kompüter  istifadə etməməyi məsləhət görürük. Uşaqlarda gecə qorxusu olmasın deyə valideynlərin istifadə etdiyi gece lampalarının da (abajur və lampanın) qırmızı rəngdə olmasını tövsiyə edirik. Bəzi araşdırmalar isə axşam saatlarında ümumi işıqlandırma zamanı bu lampalardan istifadə etməyin məqsədə uyğun oldugunu bildirir”,- deyə həkim vurğulayıb.
Qeyd edək ki, led işıqlandırma ətraf mühitə də mənfi təsir göstərir.Belə lampaların bir çoxunda qurğuşun, arsenik və digər elementlərin hissəcikləri olur. Lampa qırıldıqda yaranan duman tənəffüs sisteminə ziyan vurur, hətta bəzən zəhərlənməyə belə gətirib çıxarır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.