Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » "Kimyaterapiyaları dayandırdıq" - "Toppuş bacı"

"Kimyaterapiyaları dayandırdıq" - "Toppuş bacı"

"Kimyaterapiyaları dayandırdıq" - "Toppuş bacı"
2022-11-10 , 10:22

"Kimyaterapiyaları dayandırdıq. Artıq bədənim onlara cavab vermir. 65 dəfə kimyaterapiya qəbul etdim. Nə ağciyər, nə qaraciyər, nə də ki, sümükdən xərçəng sağalmadı. "MRT"-nin cavabına görə, bir kəllədə, bir də beynin içində iki şiş tapılıb. Bunun üçün 10 dəfə şüa alacağam, sonra biraz gözləyəcəyik. Əgər şişlərin kiçilməsi olarsa, şüaları davam edəcəyik. Əgər kiçilmə olmasa, bütün müalicələri dayandırmalı olacağıq".


Yenilik.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) ATV kanalında yayımlanan "Bizimləsən" verilişində efirə bağlanan zaman deyib.
Sənətçi bildirib ki, indiyə kimi səhhətinə görə külli miqdarda pul xərclənib: 
"5 ildir bu xəstəliklə mübarizə aparıram. Amma təmənnasız olaraq müalicə almışam. Hesablasan, bəlkə də mənə yarım milyon manata yaxın pul xərclənib".
Qeyd edək ki, sənətçi uzun müddətdir ki xərçəng xəstəliyindən əziyyət çəkir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.