Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » UŞAQ PUDRALARINDA XƏRÇƏNG RİSKİ

UŞAQ PUDRALARINDA XƏRÇƏNG RİSKİ

UŞAQ PUDRALARINDA XƏRÇƏNG RİSKİ
2022-11-19 , 15:22

Analar bişməcələr zamanı uşaq pudralarından çox istifadə edirlər. Lakin son araşdırmalar göstərir ki, pudralar uşaqlar üçün zərərlidir.


Pediatr Altay Abdullaoğlu Tribuna.Az-a bildirib ki, pudralar uşaq dərisini çox qurudur və bu da öz növbəsində bakteriyaların və digər infeksiyaların yaranmasına şərait yaradır:
“Pudranın istifadəsi zamanı körpə onun tozunu uda bilər. Bu isə ciddi tənəffüs problemini yarada bilər. Bundan başqa pudraların tərkibindəki “talk” adlanan xərçəng riski olduğu deyilən maddə var. Təbii ki, bu hələ tam araşdırılmayıb.
Əgər bişməcə yaranıbsa, pudralardan istifadə etməyə gərək yoxdur. Bunun üçün sink tərkibli kremlərdən istifadə edilməlidir. Bişməcələrin qarşısını almaq üçün uşaqların bədəni təmiz və quru saxlanmalı, bezləri tez tez dəyişdirilməli, nəm salfetlərdən mümkün qədər az istifadə edilməlidir. Xüsusilə, nəmləndirici kremlərdən daim istifadə edilməlidir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.