Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Professordan hamilə qadınlara xəbərdarlıq - Körpələr də...

Professordan hamilə qadınlara xəbərdarlıq - Körpələr də...

Professordan hamilə qadınlara xəbərdarlıq - Körpələr də...
2020-03-28 , 19:17

Reproduktiv Tibb və Cərrahiyyə Dərnəyinin başçısı professor Timur Gürkan koronavirusun hamilə qadından körpəyə keçmə ehtimalı haqqında təəccüblü bir məlumat verib.


Medicina.az xəbər verir ki, T. Gürkan ana bətnindəki döllərin virusa yoluxma ehtimalının 20 faiz olduğunu deyib.

Professor bildirib ki, 80% hamilə qadında yoluxma halı gerçəkləşməyəcək: “Bir həftə əvvələ qədər baş verən hadisələrdən əldə etdiyimiz məlumatlar virusun anadan körpəyə keçmədiyini deməyə əsas verirdi. Dünən ABŞ və Çindən gələn son məlumatlara görə, bu virusun anadan körpəyə keçə biləcəyini öyrəndik. Ancaq yoluxmama şansı çox yüksəkdir. Yeni doğulan və koronavirusa yoluxmuş bir körpənin intensiv müalicə olunma şansı var.

Qeyd edək ki, indiyədək vaxtında müdaxilə edilən körpələrin heç biri ölməyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.