Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Koronavirus ən çox bu xəstəlikdən əziyyət çəkənləri öldürür

Koronavirus ən çox bu xəstəlikdən əziyyət çəkənləri öldürür

Koronavirus ən çox bu xəstəlikdən əziyyət çəkənləri öldürür
2020-04-01 , 13:34

Yeni növ koronavirus (COVİD-19) ən çox yüksək qan təzyiqindən əziyyət çəkən insanları öldürür.


Yenisabah.az xarici mətbuata istinadən bildirir ki, bu barədə İtaliya Ali Sağlamlıq İnstitutunun prezidenti Silvio Brusaferro məlumat verib.

Onun sözlərinə görə, yüksək qan təzyiqindən əziyyət çəkən xəstələr koronavirusdan həyatını itirənlər arasında birinci yerdədir.

Daha öncə isə xroniki xəstəlikləri olan insanların koronavirusdan ölüm riskinin yüksək olduğu açıqlanmışdı.

Xatırladaq ki, İtaliyada indiyə kimi 12 mindən çox insan bu virusun qurbanı olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.