Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Məşhur azərbaycanlı alimin koronavirusla bağlı resepti – Bu dərmanları mütləq qəbul edin

Məşhur azərbaycanlı alimin koronavirusla bağlı resepti – Bu dərmanları mütləq qəbul edin

Məşhur azərbaycanlı alimin koronavirusla bağlı resepti – Bu dərmanları mütləq qəbul edin
2020-04-01 , 13:49

Dünyanı cənginə alan koronavirus pandemiyası barədə bir çox alimlər, professorlar elmi əsaslandırılmış məlumatlar çatdırır.

lumatlar çatdırır.

Əslən Cənubi Azərbaycandan olan, Almaniya “Beynəlxalq Humanitar Tibbi yardım” təşkilatının Azərbaycan üzrə rəhbəri, Amerika MİR humanitar tibbi cəmiyyətinin rəhbəri, professor Ağabəy Azərbaycaninin virus və onun müalicəsi barədə Medicina.az-a göndərdiyi yazını təqdim edir.

Koronavirus dünyaya yayılmış RNA virusudur ki, adına novel virus və ya COVID 2019 deyilir. Virus çox sürətlə hüceyrələrə daxil olub mutasiyaya uğrayar və ağırlaşmalar verə bilər. İnkubasiya dövrü 4 gündən 12 günə qədər çəkir. Məlumdur ki, ilk dəfə Çinin Vuhan şəhərində heyvan bazarında bir xanım yarasanı kəsərkən qanı barmağından daxilə keçib. Digər versiyaya görə canlı ilandan meydana çıxıb.

Noyabr ayında ilk xəstə əcaib simptomlarla xəstəxanaya gəldikdə, həkimlər bu barədə yerli hökumətə məruzə edir. Təəssüf ki, ilk əvvəl bu, Çin hökumətindən qəsdən gizlədilib və yalnız xəstə sayı çoxalanda rəsmi təsdiqlənib.
Korona SARS və MERS kimi viruslardan fərqlidir.
Koronavirusun simptomları: soyuqdəymə kimi başlar, halsızlıq, 38 dərəcə qızdırma, öskürək, boğaz ağrısı, burun tutulması, qoxu hiss etməmək, bəzən ishal.
İlk başda əgər, yüksək immunitet olarsa, xəstə davamlı boğazını və burnunu antiseptik məhlul, hətta adi duzlu, sirkəli su ilə yaxalayarsa, həmin viruslar maye ilə birgə mədəyə keçib, orda mədə turşuluğunda məhv olar.

Əgər tənəffüs darlığı və döş qəfəsində ağrılar başlayarsa, bu çox ciddi nəzarət tələb edir. 3 %-ə kimi xəstələr bakterial infeksiyaya tutula bilər. Lakin 80% xəstələr yüngül bir qrip kimi keçirər.
Bu zaman aşağıda yazdığım vitaminlər və Resochin (cholorquin phospat və ya HYDROXYCOLORQUIN kimi dərmanlarla müalicə olunurlar.

Mən öz təcrübəmdə bu dərmanı 40 ildir, amöblü ishallarda, malyariyada, hətta revmatoid artrit kimi xəstəliklərdə istifadə edirdim.
Amma təəssüf ki, Almaniyanın BAYER firması nəyəsə görə keçən ildən bu dərmanlarının istehsalını durdurub, əsas formulunda cholorguin 250 mg tabletini 3 milyon ədəd Amerikaya satıb və Bayerin vətəni olan Almaniyada belə bu gün bu preparatı tapa bilmirik.
Məhz bu dərman virusun döş qəfəsinə, ağciyərlərə doğru keçməsinə mane olur. Xəstəliyin ağır, şiddətli dövründə bu dərmanın elə də faydası olmasa da, dərmanların yan təsirləri azdır.

İndiki halda ağır xəstələri, pnevmoniyalı xəstələri reanimasiyada süni tənəffüs aparatlarında saxlayıb, bu yazdığım dərmanları istifadə etməlidirlər. Bu dərmanlar bəzi ölkələrdə istifadə olunur.

KALTERA 133,3 və 33,3 ki (Lopinavir ve Ritonavir) dən təşkil olunub və ya ayrılıqda REMDESVIR dərmanı.

O ki, qaldı koronavirusun peyvəndinə Almanyanin CUREVAX laboratoriyası peyvəndi tapıb. Amma bir məsələ də var ki, peyvənd olsa da, xəstəliyə tutulduqdan sonra işə yaramaz. Peyvənd sağlam insana olunmalıdır.
Qeyd etdiyim bütün dərmanlara Amerikanın FDA-qurumu icazə verməyib, amma özləri istifadə edir.
Dediyim kimi, yeni koronavirus yaşlılar, immuniteti zəif xroniki xəstələr, diabetlər, ağciyər xəstələri, vərəm, onkoloji xəstələrdə çox təhlükəlidir.

Hazırda bu virusa yoluxan yaşı 45-dən aşağı olan 43% xəstə var. Ona görə təkcə yaşlıları tutur demək düzgün deyil. Koronavirusa tutulmuş uşaqlar da var, 19 yaşında həyatını itirən də...

Necə qorunmalı?

İlk növbədə təmizlik, su, əlləri 20 saniyə hərtərəfli sabunla yumaq, çöldə əlcəklə gəzmək, evdə belə bu qaydalara əməl etmək.
Xüsusən cavanlar küçələrdə, ictimai yerlərdə 1,5 metr ara məsafəni gözləsin.
Maskalardan yalnız N95 saylı maska yaxşı qorumaq xüsusiyyətinə malikdir. Bu maskalarda karbon filtri var, normal cərrahi, tibbi maskalar virusun qarşısını almaz.

Bəzi nəzəriyyələrə görə, virus metalda, taxtada, geyimdə, plastikdə günlərlə yaşaya bilir.
Hətta Prinses kimi nəhəng gəminin kabinetlərində 17 gündən sonra canlı tapılmışdı.
Ancaq təmiz su və ya hovuzlarda xlor və ya bromin ilə aradan qalxa bilər.
Səthləri, qapıları, yerləri 0,5% hidrogen peroksid və ya 0,1 % sodium hypochloritlə təmizləmək lazımdır.

İmmuniteti necə möhkəmlətməli?

1. Yaxşı istirahət və yuxu.
2. Evdə dərin nəfəs alma gimnastikası, yüngül idman, gəzmək.
3. Sağlam qidalanma, bol su, çoxlu tərəvəz, meyvə.
4. Ət əvəzinə yumurta, balıq, quru lobya, yaşıl lobyaya, qoz, badam yemək.
5. Protein çox xeyirlidir, çox qəbul lazımdır.
6. Sarımsaq, soğan, zəncəfil, sarıkökdən çox istifadə etmək.
7. Şəkər, un, nişastalı, doymamış yağlardan, spirtli içkidən, şirəli içkidən uzaq durmaq lazımdır.

Allahın yaratdığı immun sistemi çox mürəkkəb bir sistemdir. İmmun sistem bunlardan ibarətdir və hansı orqanları əhatə edir: Timus vəzi, limfa sistemi, dalaq, bağırsaqlarda faydalı bakteriyalar, mədəaltı vəz.
Bunlardan yaxşı təsirlisi sümük iliyi və ağ qan hüceyrələridir. Məhz onlar bədənə girən mikrob, virus, xərçəng hüceyrələrini tutub aradan qaldırır.

Təchizatsız mübarizə almaz, immunitetin təchizatı isə bəzi vitamin və minerallardır.
Birinci mühüm vitamin D vitaminidir. Bəzi elm adamları bunu hormon kimi qəbul edirlər. Bu vitamin Koronavirusda quru öskürəkdə kömək edər.

Virus pandemiyası sönənə kimi aşağıda qeyd etdiyim vitaminlər çox mühümdür:
1) Vitamin D3 5000-10000 (iu) gündə 1 dəfə + yarım saat günəşin altında gəzmək
2) Vitamin A 10000-20000 (iu) gündə bir dəfə
3) vitamin B6 gündə 100-400 (mg).
4) Vitamin E – gündə 400-800 (iu).
Bu vitaminlər yağda əridiyi üçün yalnız yemək ortasında qəbul edilməlidir.

Vitamin C 1000 ilə 2000 arası bütün soyuqdəymə, qrip viruslarını götürmək üçün effektivdir.
Mən öz təcrübəmdə 20 il əvvəl C vitamininin bir qramlıq intravenous ampulundan istifadə edir, çox gözəl nəticə alırdım. İndi bunun tablet və kirşan kimisi çıxıb.
Ən yaxşı qəbul üsulu gündə 2 dəfə 500 milliqramlıq tabletini dil altında saxlamaqdır.
Eləcə də 50 mq sink gündə yeməklə bərabər qəbul olunmalıdır.
Bu ikisi suda əriyənlərdir və viruslar zamanı yetərlidir.

Çalışın bu tövsiyələrə əməl edin. Sağ qalın!

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.