Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » İnsan orqanizmində koronavirusun yeni ocağı aşkarlandı

İnsan orqanizmində koronavirusun yeni ocağı aşkarlandı

İnsan orqanizmində koronavirusun yeni ocağı aşkarlandı
2020-04-03 , 17:35

COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 koronavirusu insan orqanizmində təkcə ağciyərlərdə çoxalmır, yuxarı tənəffüs yolları və bağırsaqlar da infeksiya mənbəyidir.


Lenta.ru-nun məlumatına görə, alman və ingilis elm adamları uzun araşdırmalardan sonra belə qənaətə gəliblər. Mütəxəssislər COVID-19-la bağlı doqquz hadisənin ətraflı təhlilini aparıblar.

Xəstəliyin simptomları aşkar edildiyi ilk həftə ərzində hər bir xəstənin badamcığından olan nümunələrdə virusun miqdarı yüksək olub.

Bundan əlavə, COVID-19-a yoluxan xəstənin həm yuxarı tənəffüs yollarında, həm də ağciyərlərində SARS-CoV-2-nin fərqli ştammları aşkar edilib ki, bu da onların müstəqil inkişaf etdiklərini göstərir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.