Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Koronavirusun səbəb olduğu qorxunc xəstəlik üzə çıxdı: bu orqanı məhv edir və insan... - ŞOK AÇIQLAMA

Koronavirusun səbəb olduğu qorxunc xəstəlik üzə çıxdı: bu orqanı məhv edir və insan... - ŞOK AÇIQLAMA

Koronavirusun səbəb olduğu qorxunc xəstəlik üzə çıxdı: bu orqanı məhv edir və insan... - ŞOK AÇIQLAMA
2020-04-04 , 17:08

Yeni tip koronavirusun (Kovid-19) insan beyninə zərər vurduğu aşkarlanıb.


Bu barədə ABŞ nevroloqları açıqlama yayıb.

"New York Times" qəzetinə danışan mütəxəssislər bildirib ki, ölkədəki koronavirus xəstələrinin bəzilərində beyinlərin ciddi zədələndiyi aşkarlanıb. Bu xəstələrdə infeksiyaya yoluxduqdan sonra danışıq qabiliyyətində qüsur və ya reaksiya verilməsinin azalması müşahidə edilir. Hətta 74 yaşlı bir xəstə koronavirusa yoluxduqdan sonra danışıq qabiliyyətini itirib və onun beyni travma keçirdikdən sonra anormal şişlər və hüceyrə ölümləri təsbit olunub.

Nevroloq Elissa Fori 50 yaşlı koronavirus xəstəsində də bənzər simptomları müşahidə etdiklərini və bəzən beyində zədə aşkarladıqlarını açıqlayıb.

Xəbərdə dünyanın müxtəlif yerlərindən belə məlumatla gəldiyi, bəzi xəstələrin qıcolma, qanda laxtalanma keçirdiyi bildirilib.

İtaliyanın Bressia şəhərində yerləşən universitetdə sadəcə bu mövzunu araşdırmaq üçün NevroKovid modulu qurulub. ABŞ Pitsburq Universiteti Tibb Fakültəsinin doktoru Şeri Çou bu mövzuda əldə olunacaq hər bilginin işə yaracağını qeyd edib: "Ağciyər zərər görəndə tənəffüs aparatı qoşuruq. Beyin üçün belə bir cihaz yoxdur"./Publika.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.