Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Səhər saat 11-ə kimi yeməkdən imtina edənlər çox yaşayacaq

Səhər saat 11-ə kimi yeməkdən imtina edənlər çox yaşayacaq

Səhər saat 11-ə kimi yeməkdən imtina edənlər çox yaşayacaq
2023-01-23 , 08:48

8 saatlıq fasilələrlə məhdud qidalanma ömrünüzü uzada bilər.

Yenilik.az xəbər verir ki, həkim dietoloq Vasilisa Ponomaryovanın metodlarına görə səhər yeməyinin saat 11-də başlanması sağlamlığa çox fayda verir.

Faktiki olaraq, belə qidalanma protokolu çox ciddi problemlərin, diabet, ürək xəstəliyi və xərçəngin qarşısını ala bilər.
Belə ki, səhər 11-ə kimi yeməkdən intina kimi vərdiş ömrünüzü 20 il uzada bilər.

“Son zamanların yeni elmi araşdırmaları göstərir ki, müasir insanlar çox tez-tez, nizamsız və artıq yeyir. Həzm sistemi, qaraciyərə istirahət vermək lazımdır. Yeni qidalanma sisteminə görə, orqanizmi gecədən səhər 11-ə kimi 16 saat ac qoyub, sonra 8 saatlıq aralıqlarla qida qəbul olunsa, hüceyrələrə vacib prosesləri işə salmağa yardım edə bilərik.

Artıq bir çox həkimlər bu metodu tövsiyə edir. Bu metod periodik acqalma kimi də tanınır.

Bu zaman siz normal qaydada yeməklərinizi yeyirsiz. Sadəcə axşam yeməyini elə saatda yeyirsiz ki, ondan sonra 14-16 saat heç bir şey yeməyib, səhər 11-sə səhər yeməyi yeyirsiz. Ola da bilər səhər yeməyi yox, saat 12-də birbaşa günorta yeməyi qəbul etmək olar”.

Həkim qeyd edib ki, bu metoda istənilən yaşda başlamaq olar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.