Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Koronavirusda ikinci dalğa — Həkimlər əhaliyə xəbərdarlıq etdi — VİDEO

Koronavirusda ikinci dalğa — Həkimlər əhaliyə xəbərdarlıq etdi — VİDEO

Koronavirusda ikinci dalğa — Həkimlər əhaliyə xəbərdarlıq etdi — VİDEO
2020-04-23 , 12:02

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirusun ikinci dalğasının birincisindən daha çox ölümcül ola biləcəyini açıqlayıb.



Növbəti qış aylarının əvvəlki aylara nisbətən daha çətin olacağı ehtimal olunur. İkinci dalğanın qrip mövsümünə təsadüf etməsi mümkündür. Bəs Azərbaycanda virus nə vaxt bitəcək? Kanatin rejimində yumşalma baş verərsə, vətəndaşlar artıq xəstəliyin bitdiyi hesab edə bilər?


Koronavirusdan sağalanların sayının çox, yeni yoluxanların sayının isə az olması ümidvercici rəqəmlər olsa da, mütəxəssisələr karantin qaydalarına əməl etməyi məsləhət görür.


Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Sədrəddin Atakişizadə deyir ki, prezidentin əksepidemik tədbirləri nəticəsində ölkədə yoluxanların sayı digər ölkələrə nisbətdə azdır. Amma bu rəqəmlərə arxayın olub qaydalara əməl etməsək, yenidən yoluxma sayı arta bilər.


Mütəxəssis deyir ki, infeksiya ölkəmizdə axırıncı yoluxma halı kəsildiyi vaxta qədər davam edəcək.


Koronavirusa qarşı əsaslı mübarizə aparan ölkələrdən biri Almaniyada da bu məsələyə həssaslıqla yanaşılır.


Heç inanmaq olmur ki, almanlar bax belə günəşli havanın cazibəsi qarşısında davam gətirə bilib evədə qaldırlar. Adətən almanlar az saylı günəşli havalarda parklara çıxırlar, günəş qəbul edirlər. İndi isə evdə qalıblar.


Qeyd edək ki, bu günə qədər Almaniyada 148 mindən çox insan koronavirus yoluxub 5100 nəfər isə dünyasını dəyişib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.