Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Azərbaycanda daha bir həkim koronavirusa yoluxdu — SON DƏQİQƏ + FOTO

Azərbaycanda daha bir həkim koronavirusa yoluxdu — SON DƏQİQƏ + FOTO

Azərbaycanda daha bir həkim koronavirusa yoluxdu — SON DƏQİQƏ + FOTO
2020-04-24 , 11:38

Koronaviruslu xəstələrə qulluq edən həkim Namiq Nəbiyev COVİD-19-a yoluxub.


Yenilik.az xəbər verir ki, bu barədə həkim oftalmoloq Yazgül Abdiyeva sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, Namiq Nəbiyev ilk gündən koronavirusla mübarizəyə qoşulanlar sırasındadır:

"Fevral ayından başlayaraq Qobustan, Neftcala, Cəlilabad, Astara, Biləsuvar rayonunda və Olimpiya kəndində karantin xəstəxasnalarında xidmət göstərən, həmçinin Bakı və Bakı ətrafı rayon xəstələrinin infeksion qəbulu şöbəsində aktiv çalışan həmkarlarımızdan biri, doktor Namiq Nabiyev koronovirusa yoluxub.

Hazırda ATU da mülicə alır. Gecə-gündüz virusla mübarizəyə qoşulan dəyərli həmkarımıza can sağlığı arzulayırıq".(teleqraf.com)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.