Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » ““Tupoy” həkimlər televiziyaya çıxıb, ağızlarına gələni danışırlar” – Rəşid Mahmudovla MÜSAHİBƏ

““Tupoy” həkimlər televiziyaya çıxıb, ağızlarına gələni danışırlar” – Rəşid Mahmudovla MÜSAHİBƏ

““Tupoy” həkimlər televiziyaya çıxıb, ağızlarına gələni danışırlar” – Rəşid Mahmudovla MÜSAHİBƏ
2020-04-29 , 16:13

Dövlətlər uzun müddətdir ki, dünyanı təhdid edən koronavirus bəlası ilə mübarizə aparırlar. Mübarizənin miqyası genişləndikcə virusa yoluxanların sayı da artır. Hazırda Covid-19 daşıyıcılarının sayı 3 milyonu keçib.


Maraqlı məqam isə odur ki, dünya ölkələri pandemiyanın yayılma səviyyəsinə görə iki hissəyə ayrılıblar. Bir tərəfdə yoluxanların, ölənlərin sayı günbəgün artır, digər tərəfdə isə tədbirlər effekt verdiyi üçün qadağalar yumşaldılmağa başlayıb. Bu isə müəyyən iddiaları ortaya çıxarır. Məsələn, hazırda virusdan ən çox əziyyət çəkən Amerika Çində yoluxanların sayı çox az olduğu üçün pandemiyanın Çinin oyunu olduğunu deyir. Ümumdünya Səhiyyə Təşkilatı iddiaların əsassız olduğunu nə qədər bildirsə də, bu söz-söhbətin aradan qalxmasına kömək etmir.

Yenisabah.az sözügedən məsələlərə tibb elmləri namizədi Rəşid Mahmudovla müsahibədə aydınlıq gətirməyə çalışıb:

- Rəşid müəllim, koronavirus qurbanlarının sayının sürətlə artması dünyanın pandemiya ilə mübarizəyə hazır olmadığını göstərdi. Sizcə, elm niyə bu pandemiyanı gələcəyini proqnozlaşdıra bilmədi?

- Bunlar dövlətlərin bakterioloji silahlarıdır. Koronavirus elə də təhlükəli deyil, müalicəsi asan olan bir virusdur. Amma bunun 6 növü var, hazırkı isə yeddinci növdür, belə bir növ olmamalıdır. Bunu ayrı-ayrı viruslardan sintez edib ortaya çıxarıblar. İnsanlar nə etsin? Bunu alimlər yaradır, sonra da bir dövlətdən digərinə keçir. Bu yeri Allah yaradıb və insana ağıl-təfəkkür verərək deyib ki, gedin ağıllı olun, dolanın, bir-birinizə kömək edin. Amma nəticədə dövlətlər ayrıldı, biri nüvə silahı düzəltdi, biri raket, biri top düzəltdi və hamısı bir-birini qırmağa yönəldi. Atomdan qaça bilirsən, amma bundan qaça bilmirsən. Bu insanlar Allahını tanımadılar, vicdansızlıq elədilər, ölkələr başqa yollarla getdilər, sonu da belə oldu. Hələ bundan da betəri olmalıdır ki, özlərinə gəlsinlər.

- Pandemiya qurbanlarının sayının artması elmi və elm adamlarını hədəfə çıxarıb. Amma siz deyirsiz ki, bunu alimlər yaradıb. Onda yəqin ki, elmin acizliyilə bağlı səslənən fikirlərlə razı deyilsiniz?

- Qətiyyən razı deyiləm, çünki koronavirusu da elm yaradıb. Elm sürətlə inkişaf edir. Bədxah insanların əməlləri nəticəsində də belə hadisələr baş verir. Mənim yoldaşım da həkimdir, infeksionistdir. Allaha and olsun, ən qorxulu bizim ailədir. Gedir xəstənin yanına, sonra da evə gəlir. Nə bilirsən harasındasa virus gətirmədiyini? Amma məcburuq, işləməliyik, dövlətimizi, xalqımızı tək qoymamalıyıq, inkişaf etməliyik. Biz özümüzü qurban veririk. Vaxtilə elə alimlər olub ki, virusu tapanda birinci özünə vurub, bütün əlamətləri yazıb və sonda ölüb. Belə olmalıyıq, ölümdən qorxmamalıyıq.

- Amerika virusun Vuhandakı bir laboratoriyada hazırlandığını və oradan dünyaya yayıldığını iddia edib. ÜST isə açıqlama verərək bu iddiaların əsassız olduğunu, bütün dəlillərin virusun heyvan mənşəli olduğunu göstərdiyini bildirib. Siz də bildirirsiniz ki, bu bakterioloji silahdır. Yəni laboratoriyada hazırlanma fikri ilə razısınız?

- Vallah, mən fala baxan deyiləm, dəqiq deyə bilmərəm yanaşmalardan hansı düzdür və ya səhvdir. Amma çox güman ki, bu laboratoriyada hazırlanmış şeydir. Virusu mikroskopla güclə görmək olur. Hüceyrənin içinə girib orada yaşayır. Mən deyirəm ki, sarımsaq yeyin, boğazınız təmiz olsun. Mənim savadsız həkimim deyir sarımsaq virusu öldürmür. “Tupoy”, sarımsaq virusu öldürmək üçün deyil. Əgər boğazında iltihab varsa, hüceyrənin membranası deşikdir, virus gələn kimi girib canını alacaq, ona görə sarımsaq yemək lazımdır deyirəm. Virus nüvə ilə qidalanır. Amma atomar oksigendə canlı yaşaya bilməz, o cümlədən də virus. Bu, elmdir. Savadsız həkimlərimiz də var, ağızlarına gələni televizorda danışırlar.

- Dünyada kifayət qədər həkim də koronavirusa yoluxub. Hətta yaxın zamanda təcili tibbi yardım briqadasında çalışan həkimlərimizdən birini itirdik. Həkimlərin virusa yoluxmasını nə ilə əlaqələndirmək olar?

- Həkimlər arasında öz sahələrində mükəmməl olmayanlar ola bilər. Təsadüfən də, savadsızlıqları ucbatından xəstələnə bilərlər. Həkim əlini tez-tez yumalıdır. Bizim bəzi insanlar var, vəzifəli, imkanlı, baxırsan mədəni, amma çörək yeyəndə əlini yumur. Məni qonaq edirlər, əlimi yumağa gedirəm, bunlar yumurlar.

- Pandemiyadan ən çox əziyyət çəkən, ən çox itki verən ölkələr səhiyyənin daha çox inkişaf elədiyi ölkələrdir. Gözümüzün qabağında ABŞ, Fransa, İspaniya, İtaliya nümunəsi var. Bu paradoksu nə ilə izah edərdiniz?

- Həmin ölkələrdə emidemiologiya deyilən elm yoxdur. Epidemiologiya köhnə postsovet məkanında var idi. Epidemioloqlar yayılmanın səbəbini araşdırıb onu aradan qaldırmaq üçün çalışanlardır. Bu ölkələr xəstələri yaxşı müalicə edirlər, yaxşı pul qazanırlar, fəaliyyət ancaq bundan ibarətdir. Onlar virusun qarşısını almağı bilmirlər, çünki bu elm onlarda yoxdur, araşdıra bilmirlər.

- Koronavirusdan müalicə alıb sağalan birinin qanından alınan plazmanın başqa xəstəyə köçürülməsi Türkiyədə artıq sınaqdan keçib. Bizə bunun nə qədər effektli olduğu maraqlıdır? Ümumiyyətlə, bu məsələyə sizin yanaşmanız necədir?

- Balaca uşaq əlini hər hansı bir yerə vurduqdan sonra onu ağzına aparır, bu özündə virusa qarşı antitel yaradır. Oranın mikrobunu alır və özündə ona qarşı antitel yaradır. Bu, artıq kiçik yaşlardan baş verir. Gözəgörünməz virus mənə nə edə bilər deyilir, amma o, elə bir toksin ifraz edər ki, adamın nəfəsini kəsər. O toksinə qarşı əks toksin hazırlanır. Əgər bu adam virusa əvvəlcə yoluxubsa, onun qanında antiteli var. Onun qanını xəstə adama vursan, sağalacaq. Türkiyədə hazırda bundan istifadə edirlər. Yaxşı üsuldur.

- Artıq bir çox yerlərdə qadağalar nisbətən yumşaldılıb. Necə düşünürsüz, bəşəriyyət virusdan yaxın zamanda xilas ola bilərmi?

- Mənim ayyarım əvvəl dediyimi Tramp dünən-sırağagün deyib. Ultrabənövşəyi şüa gəlib hamısını qıracaq. Bizimkilər mənə niyəsə inanmır. Bizim vurduğumuz bu pensillin filan mikrobu öldürə bilməz. Onlar gedib mikrobun ətrafında buz əmələ gətirir, nə toksin ifraz etməyə , nə də çoxalmağa qoyur. Bizim leykositlər də gəlib onu udurlar. Biz də elə bilirik ki, bizim dərmanımız mikrobu öldürdü. Öldürüb eləmir. Günəş şüasından başqa mikrobu öldürən ikinci bir şey yoxdur. Günəşin şüasının tərkibində ultrabənövşəyi və infroqırmızı şüalar var. O şüalar səhər saat 6-dan 11-ə kimi olur.Çünki hava çirkli olanda şüalar o tozdan keçə bilmir. Temperatur 25-27 dərəcədən yuxarı olan kimi, o şüa olacaq. Səhər tezdən ağız və burnunu günəşə verən kimi virus ölüb gedir. Adamlar niyə dənizə səhər tezdən gedir? Ultrabənövşəyi şüa üçün gedirlər. Çünki onu qəbul etdikdə xəstələnmirlər.

- Görülən tədbirlər sizə görə qaneedicidirmi? Hazırda tətbiq etməli olduğumuz hansısa bir tədbir varmı?

- Düzdü, əvvəlcə ajiotaj yarandı, amma onsuz da buna dünya hazır deyildi, görülməli olan tədbirlər görülüb. Dövlət vaxtında qərar verdi. Yolların, sərhədlərin bağlanması çox ağıllı iş idi. Bunlar olmasa, hamı qırılardı, bizim insanları tanımırsınızmı? Düzü düz demək lazımdır. Sağ olsunlar, vaxtında komissiya yaratdılar. Tədbirlər çox mükəmməldir. Başqa ölkələrdə insanlar ölür. Amerikada bir gündə 4 min adam qırılır. Nyu-Yorkda acınacaqlı vəziyyətdir. Ona görə də bizdə görülən tədbirlər təqdirəlayiqdir.
[frame=//player.bax.tv/100311.html]

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.