Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » “Evdə oturan adamlar virusa yoluxanda ikinci dalğa başlayacaq” - Professor

“Evdə oturan adamlar virusa yoluxanda ikinci dalğa başlayacaq” - Professor

“Evdə oturan adamlar virusa yoluxanda ikinci dalğa başlayacaq” - Professor
2020-05-01 , 19:38

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç onlayn müşavirə zamanı koronavirusun ikinci dalğasının xəstəliyə qarşı peyvənd tapılmadan əvvəl başlayacağını deyib.


Onun sözlərinə görə, hazırda əsas vəzifə yeni dalğanın geniş yayılmasını əngəlləmək olmalıdır: “Tibbi nəzarət də, karantin də ola bilər, amma karantinə bütün əhali yox, ayrı-ayrı şəxslər alınacaq. Virusun mutasiyalarına qarşı isə əlimizdə heç bir çarə yoxdur”.

Maraqlıdır, ikinci dalğadan qorunmaq üçün hansı addımlar atılmaldır? Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, kollektiv immunitetin yaranmadığı bir vəziyyətdə karantin rejiminin yumşaldılarsa, problem yarana bilər: “Bütün respirator virus infeksiyalarından bir kollektiv immunitet yaranmış olur. Sanki virusun yoluxdurma və yaşama imkanı olduğu hüceyrə artıq qalmır. Amma kollektiv immunitetin yaranmadığı bir vəziyyətdə karantin tədbirləri yumşaldılarsa, problem yarana bilər. Karantin şərtləri gözlənilməlidir. Bununla bağlı əvvəlcədən müəyyən izahat işləri aparılmalı, hazırlıqlar olmalıydı, həmçinin açılan ticarət mərkəzlərinə konkret təlimat verilməli idi. Bunların heç biri yoxdur. İndi durub “bu belədir, o elədir” deyirlər. Karantin şərtləri gözlənilməsə, evdə oturan insanların da yoluxma şansı qalır. Bu da infeksiyadır, ikinci alovlanma, ikinci dalğadır. Bəzi ölkələrdə artıq uşaqlarda ağciyərlərdə iltihab dəyişikliklərinin olması müəyyən edilir və kütləvi klinikaya daxil olmaları qeyd edilir. Əgər bunun koronavirus mənşəli olduğu sübut olunsa, deməli, vəziyyət çox ciddidir. Ona görə də Azərbaycanda Operativ Qərargah qərar qəbul edərkən bunların hamısını nəzərə almalıdır. Bu, arzuyla olunacaq şey deyil. Düşünüb qərar vermək lazımdır”.

Həkim qeyd edib ki, bütün fəaliyyətinə icazə verilən yerlərə - ticarət obyektləri, bərbərxanalar, iaşə müəssisələrinə və s. birbaşa təlimat verilməlidir: “Təlimatlar olmasa və ikinci dalğa olsa, biz böyük iqtisadi, psixoloji problemlər yaşaya bilərik. Bu gününü özündə əhalinin psixoloji rehabilitasiyasına ehtiyac var, qaldı ki, ikinci dalğadan sonra... İkinci dalğanın gəlməsi elə vətandaşların münasibətindən qaynaqlanacaq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.