Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » "Baku Medical Plaza" Azərbaycan Ordusuna belə dəstək oldu

"Baku Medical Plaza" Azərbaycan Ordusuna belə dəstək oldu

"Baku Medical Plaza" Azərbaycan Ordusuna belə dəstək oldu
2020-10-01 , 15:33

27 sentyabrda başlamış düşmən təxribatına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı uğurla davam edir. Bütün xalqımız bu mübarizədə öz töhfəsini verməyə çalışır. Həmişə şəhid ailələri və Qarabağ əlillərinin, müharibə veteranlarının səhhətinə xüsusi diqqət yetirən Baku Medical Plza Ordumuzun əks-hücum əməliyyatı zamanı da kənarda qalmayıb. Belə ki, Yenilik.az-ın əldə etdiyi məlumata görə, hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərimizin və mülki vətəndaşlarımızın müalicəsinə dəstək üçün hazırda klinikanın yüksək ixtisaslı həkim heyəti - travmatoloqlar, ümumi cərrahlar, torakal cərrahlar, damar cərrahı, pulmonoloq, infeksionist, anestezioloqlar, reanimatoloqlar və digər yüksək ixtisaslı həkimlərimiz cəbhə boyu ərazilərdəki klinikalarda könüllü olaraq xidmət edirlər. Klinikanın yüksək ixtisaslı həkimlərimlə yanaşı peşəkar orta tibb personalı da böyük ruh yüksəkliyi ilə bu təşəbbüsə qoşulublar.

Eyni zamanda həkimlərin apardıqları cərrahi əməliyyatlar üçün gündəlik zəruri tibbi ləvazimat yardımı göndərməklə Baku Medical Plaza klinikasının kollektivi əsgər və zabitlərimizin qazandıqları uğurlara dəstəyini bu cür göstərməyi özünə borc bilir. Ordumuzun həyata keçirdiyi əməliyyatlar və qazanılan uğurlar hər kəs kimi BMP kollektivini də qürurlandırır və kollektiv bu çətin günlərdə cəbhəyə könüllü xidmətə yollanan tibbi heyətilə, həmçinin ön cəbhədə vuruşan digər əməkdaşlarla fəxr edir.   
Baku Meical Plaza digər özəl klinikaları da bu vətənpərvər təşəbbüsə qoşularaq eyni şəkildə ordumuza dəstək olmağa çağırır.
Qısa zamanda qələbə xəbərləri eşidəcəyimizə, torpaqlarımızın düşmən işğalından azad olunacağına əminliyimizi ifadə edirik!
Biz birlikdə güclüyük!
YAŞASIN QÜRDRƏTLİ AZƏRBAYCAN ORDUSU!
BİZ ZƏFƏR ÇALACAĞIQ!

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.